Şalqam suyu Türkiyəyə aid, turşməzə dada malik içki növüdür.
Milli.Az xəbər verir ki, bu min dərdə dəva içkinin hazırlanması təxminən 2 ay çəkir.
Qara yerkökü, şalqam turpu, bulğur və duz ilə birlikdə fermentasiya olunur (mayalanır) və nəticədə bu min bir dərdə dəva sehirli içki əldə olunur.
Şalqam suyunun faydaları saymaqla bitmir.
Şalqam suyunu həm yeməklə birlikdə, həm ara öyün kimi ,həm də idmandan sonra istifadə etmək olar.
Yeməklə birlikdə qəbul edildikdə, maddələr mübadiləsini sürətləndirir, həzmi stimullaşdırıır.
Ara öyün kimi, yəni ac qarına içildikdə toxluq hissi yaradır, arıqlamaq istəyənlər üçün əla seçimdir. Kalori dəyəri olduqca azdır. Həmçinin bədəni toksinlərdən təmizləyərək detoks effekti verir.
İdmandan sonra istifadə edildikdə, bədənin itirdiyi suyu və faydalı elementləri bərpa edir.
Vitamin və mineral deposudur (A ,B , B6 ,C ,E , K , Na və s.)
Mədə-bağırsaqdakı köp və qazla əla mübarizə aparır, qəbizliyi aradan qaldırır.
Probiotik özəlliyə sahibdir, ikinci beyin sayılan bağısaqlar üçün olduqca faydalıdır. Unutmayaq ki,xoşbəxtlik hormonu ifrazında bağırsaqların rolu böyükdür.
Afrodiziak olduğuna görə libidonu yüksəldir. Kalsium, potasium və dəmirlə zəngin olduğundan qan dövranını sürətləndirir. Beləcə,cinsi istəyi və gücü artırır.
AzŞalqam təzyiq və şəkər xəstələri üçün sağlam seçimdir. Şəkərli diabeti və təzyiqi tənzimləyir. Xüsusilə yağlı yeməkləri AzŞalqamla birlikdə can rahatlığı ilə qəbul edə bilərsiniz.
Stresi uzaqlaşdıraraq sinir sistemini rahatlaşdıır. Şirin yuxu tapmağınıza kömək edir.
Tərkibi A, E vitaminləri, kalsium, dəmirlə zəngin olan şalqam suyu sayəsində gur və sağlam saçlara sahib ola bilərsiniz. Həmçinin saçların ağarmasını ləngidir.
Diş və dırnaqları möhkəmləndirir.
Təbii antioksidant olduğuna görə dərini iltihabdan qoruyur.Sızanaqların çıxmasının qarşısını alır. Vitamin deposu olduğundan qırışmanı ləngidir,dərini cavan saxlayır.
Sidikqovucu xüsusiyyəti sayəsində böyrəkləri qumdan təmizləyir, kristallaşmanın qarşısını alır.
Siqaret çəkənlərin işinə yarayacaq. Çünki, bəlğəmsökücü içkidir. Güclü antioksidant xüsusiyyəti səbəbi ilə siqaretin ağciyərə vurduğu zərəri minimuma endirir, qraciyərin təmizlənməsində də əvəzsiz rol oynayır. Qaraciyər piylənməsinin qarşısını alır və yükünü azaldır
C vitamini deposu olduğuna görə orqanizmi virus və soyuqdəymədən mühafizə edir. Əgər artıq xəstələnmisinizsə AzŞalqam içərək daha tez sağala bilərsiniz. Çünki, təbii antibiotik içkidir.
Turşməzə dadı insanda aludəçilik yaradır. Dadına baxanlar ondan əl çəkə bilmir
Sağlam qida vərdişləri lap körpə yaşlardan başlamalıdır. Süfrənizdən dadlı və faydalı, təmiz və təbii şalqam suyunu əskik etməyin.
Lalə
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Şalqam suyunun unikal faydası, əvəzolunmaz dadı
6 İyun 2024 21:05
Baxış: 1 911

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər
-
İranda güclü zəlzələ oldu
-
Rusiya bazası Ermənistandan çıxarılır? - Zaxarovadan AÇIQLAMA
-
Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı
-
İrana qarşı hərbi qərar iki həftə ərzində verilə bilər
-
"Anam niyə ailəmə müdaxilə etməsin?"
-
Paşinyan Türkiyədə məscidə getdi - VİDEO
-
"Qarabağ" daha bir braziliyalını transfer etdi
-
Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin “Ermənistana birləşdirilməsi” niyyəti məhkəmədə ifşa olunub - FOTO
-
MDB-nin ən nüfuzlu "qanuni oğru"suna cinayət işi açıldı - Axtarılır
-
İtkin düşən 21 yaşlı Əlisa tapıldı - yenilənib
-
Türkiyədə zəlzələ oldu
-
"İrana qarşı uzunmüddətli əməliyyata hazırıq"
-
Saqqal saxlayan kişilər bunları bilməlidirlər
-
Bako Sahakyan: Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbi əməliyyatın Ermənistan silahlı qüvvələri tərəfindən keçirilməsi idi
-
Ərdoğan İstanbulda Paşinyanla görüşdü
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı
-
Tofiq Musayev: “Bu döyüşün təxirə salınmasına imkan verə bilməzdim”
-
İsveçrə səfiri və səfirliyin əməkdaşları Tehranı tərk edərək Azərbaycana gəliblər
-
Saxlanılan icra başçısı ilə bağlı şok faktlar
-
Ceyhun Bayramov Türkiyəyə getdi
-
Saxlanılan icra başçısı, görün, kimin qohumudur
-
Şəkiliyevlə yanaşı bu məmurlar da saxlanılıb - Adlar - YENİLƏNİB