Şou-biznes

Jurnalist İbrahim Tatlısəsi biabır etdi

8 İyul 2025 20:35
Baxış: 1 408
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli müğənni İbrahim Tatlısəsin şəxsi həyatı ilə bağlı maraqlı açıqlama gündəm yaradıb. Jurnalist Burhan Akdağ "Magazin Bahane" proqramında sənətçinin 24 yaşında sünnət edildiyini bildirib.

Milli.Az xəbər verir ki, veriliş "Haberler.com" platformasında yayımlanıb. Aparıcılığını Gökay Kalaycıoğlu, şərhlərini isə Hakan Solakerin etdiyi proqramda Burhan Akdağ Tatlısəsin uşaqlığı, emosional quruluşu və maliyyə səhvləri ilə bağlı da danışıb.

Jurnalistin sözlərinə görə, bu maraqlı məlumat sənətçinin qardaşı Hüseyn Tatlı tərəfindən bilmədən dilə gətirilib. Akdağ qeyd edib ki, bu detal ictimaiyyətə ilk dəfədir açıqlanır.

Hazırda İbrahim Tatlısəs iddia ilə bağlı hər hansı açıqlama verməyib. Sosial şəbəkələrdə məsələ ilə bağlı müxtəlif reaksiyalar bildirilməkdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

OSZAR »