Rostov sakini körpənin meyitini bir ildən çox soyuducuda saxlayıb.
Milli.Az bildirir ki, Rostov-na-Donu şəhərində qadın yeni doğulmuş körpəsinin meyitini bir ildən çox müddətdə soyuducunun dondurucu kamerasında saxlayıb, daha sonra isə onu zibil qabına atıb.
Bu barədə məlumatı Don Mash Telegram kanalı yayıb.
Hadisə Rusiyanın Suvorovski rayonunda baş verib. Bir gün əvvəl küçədə zibil konteynerində ölü körpə aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları uşağın anasını axtarmağa başlayıb.
Məlumata görə, həmin qadın Suvorovski rayonunda qaş ustası kimi çalışır. Tanışları bildiriblər ki, o, 2024-cü ilin fevralında doğuş edib. Qadının sözlərinə görə, oğlan uşağı ölü doğulub.
Xatırladaq ki, bundan əvvəl Leninqrad vilayətinin Dubrovka qəsəbəsində hərəkətdə olan avtomobildən küçəyə yeni doğulmuş körpə atılmışdı. Qız uşağını xilas etmək mümkün olub. O, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Milli.Az