"Hörmüz boğazı bir neçə saat ərzində bağlana bilər".
Milli.Az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Əlirza Tanqsiri bildirib.
İran Xarici İşlər Naziri Abbas Arakçı da məsələ ilə bağlı açıqlama verərək, Tehranın müxtəlif variantları nəzərdən keçirdiyini qeyd edib.
Qeyd edək ki, Hörmüz boğazının bağlanması regional və qlobal ticarətə ciddi zərbə vuracaq. Bu boğaz dünya neft ticarətinin əsas arteriyası sayılır və gündə təxminən 20 milyon barrel neftin dünya bazarına çıxışını təmin edir. Boğazın bağlanması ABŞ və İsrail daxil olmaqla, neft idxalçısı ölkələr üçün enerji təchizatında ciddi problemlər yarada bilər. Bu vəziyyət dünya bazarında neft qiymətlərinin kəskin artmasına, enerji təhlükəsizliyində böhranlara və iqtisadi sarsıntılara səbəb ola bilər.
Hörmüz boğazındakı gərginliyin artması, beynəlxalq dəniz nəqliyyatında da ciddi çətinliklər yaradacaq, ticarət marşrutları təxirə düşəcək və bölgədəki siyasi gərginliyi daha da yüksəldəcək. ABŞ və İsrailin bu vəziyyətə qarşı hərbi və diplomatik reaksiyaları isə regionda konflikt riskini artırır.
Kənan
Milli.Az