Rusiya

Azərbaycanlı narkotacir Rusiyada həbs olundu - FOTO

23 İyun 2025 10:55
Baxış: 1 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının Vladimir vilayətində yaşayan Azərbaycan vətəndaşı həm narkotik alveri, həm də rüşvət verməyə cəhdə görə həbs edilib. 

Milli.Az rus mediasına istinadla xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, ötən ilin sentyabrın 22-də Vladimir şəhərində yaşayan həmin şəxs Razin küçəsində gizlədilən yerdən ümumi çəkisi 7 qramdan artıq olan 19 doza güclü opioid maddə - "carfentail" alıb. Daha sonra Piçuqin küçəsində hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin Vladimir şəhəri üzrə narkotiklərlə mübarizə idarəsinin rəisinə 52 min rubl rüşvət təklif edərək məsələni "yoluna qoymaq" istəyib. O, pulu polis idarəsində rəisin masasındakı təşkilatçının altına yerləşdirib. Ancaq bu cəhd hüquq-mühafizə orqanlarının nəzarətində olub və rüşvət faktı dərhal qeydə alınıb.

Vladimir Vilayət Prokurorluğunun açıqlamasına görə, saxlanılan şəxs şəhərdə qeydiyyatsız yaşayıb. 

Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşı 6 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Eyni zamanda, 52 min rubl məbləğində rüşvət pulu və narkotik alınmasında istifadə olunan mobil telefon dövlət nəfinə müsadirə olunub.

Qeyd edək ki, hökm hələlik qanuni qüvvəyə minməyib və məhkum tərəfindən apellyasiya qaydasında şikayət verilə bilər.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

OSZAR »