Türkiyə

14 yaşlı qız dəhşət saçdı - Çox sayda yaralı var

8 İyul 2025 16:48
Baxış: 1 711
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda 14 yaşlı yeniyetmənin bıçaqlı hücumu nəticəsində dörd nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə axşam saatlarında Osmanqazi şəhər meydanında baş verib.

İddialara görə, Suriya əsilli F.E. adlı 14 yaşlı qız ailəsi - anası D.D. və bacıları S.D. ilə naməlum səbəbdən mübahisə edib. Mübahisə zamanı yeniyetmə bıçaqla onlara hücum edib.

Hadisə zamanı kömək məqsədilə yaxınlaşan əcnəbi vətəndaş da bıçaqla yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Şübhəli hadisə yerindən qaçıb, hazırda onun tutulması üçün polis tərəfindən axtarışlar aparılır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

OSZAR »